Qadın 3700 iti xilas etmək üçün işini tərk etdi

Maraqlı

11.04.2026 19:45

ABŞ-da bir qadın 3700 iti xilas etmək üçün gündəlik işindən imtina edib.

TodayPress TV xəbər verir ki,  bu barədə “Woman’s World” nəşri yazıb.

Qeyd edilib ki, o, mopslara (puqlara) olan sevgisinin həyatını necə dəyişdiyini bölüşüb.

Qvenn Vallone uzun illər müxtəlif it sığınacaqlarında könüllü kimi fəaliyyət göstərib. Bir gün o, ilk dəfə puqlarla tanış olub və bu cinsə xüsusi bir sevgi bəsləməyə başlayıb. Hətta onlardan birini övladlığa götürüb.

Sonrakı beş il ərzində Vallone Cənubi Kaliforniyada fəaliyyət göstərən bir mops xilasetmə təşkilatını dəstəkləyərək eyni zamanda öz biznesini idarə edib. Lakin bir müddət sonra təşkilatın rəhbəri xəstələnib və artıq 100-dən çox mopsa baxa bilməyib. Bu səbəbdən Vallone təşkilatın fəaliyyətini öz üzərinə götürmək məcburiyyətində qalıb. Bunun üçün o, qeyri-kommersiya təşkilatı yaradıb və dörd il sonra öz biznesindən tamamilə imtina edib.

Hazırda Vallone 3700-dən çox mopsun yeni ev tapmasına kömək edib. O, sığınacaqda açıq qapı günləri, tematik tədbirlər və it modası nümayişləri kimi müxtəlif aksiyalar təşkil edir.

“Heç vaxt düşünməzdim ki, mopslara olan sevgim tam hüquqlu bir karyeraya çevriləcək. Onlar üçün hər şeydən imtina etmək asan olmadı, amma heç vaxt geri baxmadım",- qadın deyib.

Jalə Rövşən 

TodayPress TV

tag: İş,Karyera ,İt ,Qadın ,Todaypress.tv,