Geyim seçərkən nələrə diqqət etmək lazımdır?
Stilistlərin fikrincə, bəzi geyim və aksesuar seçimləri insanı olduğundan daha yaşlı göstərə bilər.
TodayPress TV xəbər verir ki, aşağı belli cins şalvarlar artıq dəbdən düşüb və bu üslub əvəzinə düz ayaqlı, yüksək belli modellərə üstünlük vermək daha müasir görünüş yaradır.
Həmçinin qalın qara çərçivəli eynəklərin və ağ dekolteli corabların da insanı yaşlı göstərə biləcəyi qeyd edilir. Daha zərif çərçivələr və dizayner üslublu corablar isə ümumi görünüşü gənc saxlamağa kömək edə bilər.
Siyahıda ağ idman ayaqqabıları, çox bol paltarlar və köhnə alt geyimləri də yer alır. Qeyd olunur ki, düzgün seçilmiş alt geyim bədənin formasını və duruşu yaxşılaşdırır.
Türkan İsgəndərli