Dünyanın ən kiçik ilanı tapıldı
Elm adamlarının artıq nəsli kəsilmiş hesab etməyə başladığı dünyanın ən kiçik ilanı “Barbados” tapılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, ilan daşın altında gizlənmiş vəziyyətdə tapılıb. Tapıntı dərhal laboratoriyaya aparılıb və araşdırmalara başlanılıb.
Qeyd edək ki, 20 ildən sonra ilk dəfə “Barbados” ilanına gəlinib. Bu növ sonuncu dəfə 2005-ci ildə görünmüşdü.
Mütəxəssislər bu tapıntının həm təbiət mühafizəsi, həm də biomüxtəliflik baxımından böyük əhəmiyyət daşıdığını bildirirlər.
Aysel Mətləb