Alimlər qədim adamyeyənlərə aid sübut tapdılar

Alimlər qədim adamyeyənlərə aid sübut tapdılar
25.07.2025 17:58 Maraqlı

İspaniyada alimlər 850 min il əvvəl uşaq adamyeyənlərə aid sübutlar aşkar ediblər. 

TodayPress TV xəbər verir ki, Qran Dolina adlı mağarada aparılan qazıntılar zamanı iki-dörd yaşlı uşağa aid sümük tapılıb.

Sümükdə başın qəsdən kəsildiyini göstərən kəsik izləri aşkarlanıb.

Alimlərin sözlərinə görə, uşağın cəsədi ovlanmış heyvan kimi doğranıb. Tapıntılar qədim insanların bəzən öz soydaşlarını, o cümlədən uşaqları yediklərini göstərir.

Tədqiqatçılar bildiriblər ki, bu hallar təkcə aclıqla deyil, həm də sosial və ya ərazi mübarizəsi ilə bağlı ola bilər. 

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər