Alimlər qara dəlikləri "Maksvell" tənlikləri ilə modelləşdirdilər
Maraqlı
09.10.2025 19:30
Kaliforniya Texnologiya İnstitutunun alimləri qravitasiya dalğaları və qara dəliklərin qarşılıqlı təsirini təsvir etmək üçün yeni üsul hazırlayıblar.
TodayPress TV xəbər verir ki, onlar bunun üçün adətən elektromaqnit sahələrini izah edən "Maksvell" tənliklərindən istifadə ediblər.
Qravitasiya dalğaları – iki qara dəliyin birləşməsi kimi hadisələr zamanı yaranan fəza-zaman dalğalanmalarıdır. İndiyədək bu proseslər yalnız Eynşteynin nisbilik tənlikləri ilə izah edilirdi. Lakin komanda təklif edib ki, cazibə qüvvəsi elektromaqnit sahəsi kimi təsvir oluna bilər.
Bu yanaşma alimlərə qravitasiya dalğalarının yayılmasını elektrik və maqnit sahələrinə bənzər vizual formalarla göstərməyə imkan verib. Nəticələr göstərib ki, ümumi nisbilik tənlikləri əslində "Maksvell" tənliklərinə oxşar quruluşa malikdir.
Tədqiqatçılar hesab edirlər ki, bu yeni metod qara dəliklər və neytron ulduzların birləşməsi kimi mürəkkəb hadisələri daha dəqiq modelləşdirməyə və Eynşteyn nəzəriyyəsini ekstremal şəraitdə sınaqdan keçirməyə kömək edəcək.
Türkan İsgəndərli
tag: Qravitasiya,Qara dəlik,Maksvell,Tənlik,Todaypress.tv,
