Egey dənizində 2000 illik gəmi qalıntıları tapıldı
Maraqlı
16.03.2026 11:28
Arxeoloqlar Egey dənizində qədim Yunan şəhərinin sahillərində təxminən 2000 il yaşı olan beş gəmi qalıqlarını aşkar ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Live Science” jurnalı məlumat yayıb.
Tapıntılar arasında şərab və zeytun yağı kimi məhsulların daşınması üçün istifadə edilən çoxsaylı amforalar var. Bundan əlavə, alimlər eramızdan əvvəl VI əsrə aid, təxminən 400 kiloqram ağırlığında böyük daş lövbər də aşkar ediblər.
Saxsı qabların araşdırılması göstərib ki, yüklər Aralıq dənizinin müxtəlif yerlərindən gətirilib. Onların arasında Knidos, Rodos və Kos adaları, həmçinin Finikiya və Karfagen ticarət mərkəzləri var.
Tədqiqatçılar bildirirlər ki, bu ərazi qədim dövrdə Yunanıstan, Kiçik Asiya və Şimali Afrikanı birləşdirən mühüm dəniz ticarət yolunun bir hissəsi olub.
Arxeoloqlar Egey dənizinin bu hissəsini bir növ “gəmi qəbiristanlığı” adlandırırlar.
Türkan İsgəndərli
tag: Yunanıstan,Gəmi,Qalıq,Qəza,Todaypress.tv,
