Dünyanın ən varlı məşhuru oldu
Amerikalı məhşur rejissor Stiven Spilberq dünyanın ən varlı məşhuru seçilib.
TodayPress TV xəbər verir ki, bu barədə “Forbes” nəşri məlumat yayıb.
Məlumata görə, onun sərvəti 7,1 milyard dollar dəyərindədir.
Siyahıda ikinci yeri 5,2 milyard dollar sərvətlə rejissor Corc Lukas, üçüncü yeri isə 4,3 milyard dollarla basketbol əfsanəsi Maykl Cordan tutur. Dördüncü pillədə “WWE”nin qurucusu Vins Makmen (3,6 milyard dollar), beşinci yerdə isə teleaparıcı Opra Uinfri (3,2 milyard dollar) qərarlaşıb.
Aynur TAC