Qara krappi rekordu yeniləndi: 1,6 kiloqram
ABŞ-nin Qərbi Virciniya ştatında yaşayan Cerri Porter İst-Linn gölündə balıq ovlayan zaman çəkisi 1,6 kiloqram olan qara krappi (Crappie) balığı tutaraq ştat üzrə yeni rekord müəyyən edib.
TodayPress TV xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəlki rekord 2024-cü ildə qeydə alınmışdı. Həmin vaxt Duayt Pristli adlı balıqçı Vudrum gölündə 1,4 kiloqramlıq qara krappi tutaraq ştat üzrə ən iri nümunəni ovlamışdı.
Bununla belə, Pristli hələ də tutduğu balığın uzunluğuna görə rekorda sahibdir. Onun tutduğu krappinin uzunluğu 45,1 santimetr olduğu halda, Porterin balığı 44,9 santimetr olub.
Məlumat üçün bildirək ki, qara krappi Şimali Amerikanın bir çox şirin su hövzələrində yaşayan kiçik ölçülü, sümüksüz balıq növüdür. Bu balıqlar adlarını yaşıl və ya boz rəngli pulcuqlarını örtən çoxsaylı qara ləkələrə görə alıblar.
Töhfə Səməd
tag: ABŞ,Cerri Porter ,İst-Linn,Crappie,todaypress.tv,