Yaponiyada pişik “stansiya işçisi” vəzifəsinə təyin edildi
Maraqlı
08.01.2026 19:45
Yonotama adlı tabbi pişiyi rəsmi olaraq Yaponiyanın Vakayama prefekturasının Kinokava şəhərində stansiya işçisi təyin edilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Kyodo" xəbər agentliyi məlumat yayıb.
Tədbirdə pişiyə üzərində adı yazılmış medal və papaq təqdim olunub. Vakayama Elektrik Dəmir Yolu Şirkətinin prezidenti Mitsunobu Kojima Yonotamanın Yaponiya dəmir yollarında aparılan dəyişikliklər dövründə vacib rol oynayacağına ümid etdiyini bildirib.
Yonotama ötən ilin noyabrında vəfat edən əvvəlki stansiya rəisi Nitamanı əvəz edir. Nitama dəmir yolu xəttinin populyarlaşmasındakı xidmətlərinə görə fəxri stansiya rəisi adına layiq görülmüşdü.
Stansiya işçisi vəzifəsi simvolik xarakter daşıyır, pişik maskot kimi xidmət edir və turistləri cəlb edir. Bu ənənə 2007-ci ildə pişik Tama ilə başlamış və xəttin maliyyə sabitliyinə kömək etmişdi. Tama 2015-ci ildə 16 yaşında vəfat etmiş, xidmət illərində bölgəyə təxminən 1,1 milyard yen qazandırmış və beynəlxalq şöhrət qazanmışdı.
Türkan İsgəndərli
tag: Pişik,Yaponiya,Stansiya,Medal,Todaypress.tv,
