Rusiyadan Ermənistana Azərbaycandan keçməklə yeni tranzit yükü göndəriləcək
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Bu barədə TodayPress TV-yə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-dən məlumat verilib.
Bildirilib ki, 26 vaqondan ibarət, çəkisi 1 820 ton olan buğda 19 avqust tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 43 min tona yaxın taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium , 1 114 ton kömür və 67 ton taxta göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.