Ötən ay Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb

Ötən ay Azərbaycana yatırılan xarici investisiyaların həcmi açıqlanıb
21.02.2026 14:39 İqtisadiyyat

2026-cı ilin yanvar ayında xarici maliyyə mənbələrindən əsas kapitala 402 milyon manat investisiya edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyaların 28.6%-ni təşkil edib.

Qeyd edək ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş investisiyanın 395 milyon manatı (98,3 faizi) Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Yaponiya, İsveçrə, İran İslam Respublikası, Macarıstan, Fransa və Birləşmiş Ərəb Əmirlikləri sərmayədarlarına məxsus olub.

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər