Əczaçılıq məhsullarının istehsalı 55% artdı

Əczaçılıq məhsullarının istehsalı 55% artdı
31.05.2025 14:30 İqtisadiyyat

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 730,2 milyon manatlıq məhsul istehsal edilib. 

Bu barədə TodayPress TV-yə Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 54,4%, kimya sənayesi məhsullarının istehsalı 7,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 2,3% artıb. 

Kimya sənayesi məhsullarından lak-boya məmulatlarının istehsalı 22,7%, karbamid istehsalı 4,4%, rezin və plastik kütlə məmulatlarından plastmas, çubuklar, millər və profillər istehsalı 48,9%, plastmas butulkalar, flakonlar və oxşar məmulatlar istehsalı 37%, sərt plastmasdan borular, borucuklar, qolçaqlar və şlanqlar istehsalı 1,3% artıb, polietilendən kisə və çantalar istehsalı isə 34,4% azalıb.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər