Balıq məhsullarına vergi güzəştləri genişlənir
İqtisadiyyat
06.11.2025 12:46
Emal əməliyyatlarına məruz qalmayan, lakin balıqyetişdirmə fəaliyyəti çərçivəsində kəsilən və dondurulan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulacaq.
TodayPress TV xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər zamanı müzakirə olunub.
Yeni dəyişikliklərə əsasən, balıq kürüsünün istehsalı istisna olmaqla, kənd təsərrüfatı məhsullarının satışına dair mövcud tələblər və vergi güzəştləri kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsullarına da şamil ediləcək.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətinə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanır. Lakin bu müddəa 2026-cı ildən etibarən xarici mənşəli balıq məhsullarına şamil edilməyəcək. Belə məhsulların satışında ticarət əlavəsi vergitutma obyekti sayılmayacaq və ƏDV həmin əlavədən hesablanmayacaq.
tag: Balıq,Kənd təsərrüfatı,Kürü,Milli Məclis,Todaypress.tv,
