Azərbaycanda qızıl və gümüşün qiyməti artacaq? - AÇIQLAMA
İqtisadiyyat
24.12.2025 14:34
Əmtəə bazarlarında qızıl və gümüş hazırda tarixi maksimum qiymətlərdə ticarət olunur.
Bu artım fonunda ölkəmizdə də qiymət yüksəlişi gözlənilirmi?
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli TodayPress TV-yə bildirib ki, 2025-ci ildə hər iki metalın qiymətləri əhəmiyyətli şəkildə artıb.

Onun sözlərinə görə, bu artımın əsas səbəbləri arasında qlobal geosiyasi gərginliklər, faiz dərəcələrinin səviyyəsi, dolların zəifləməsi və gümüşün sənaye tələbatının yüksəlməsi göstərilir.
"Dünya Bankı və digər beynəlxalq analitik qurumlar qiymətli metalların 2026‑cı ilə qədər yüksək səviyyələrini saxlaya biləcəyini proqnozlaşdırır. Qızıl və gümüş hazırda dünya bazarlarında tarixi rekord səviyyələrdə ticarət olunur. Azərbaycanda da qlobal trendlə uyğun olaraq qiymətlər yüksəlmə meyli göstərə bilər".
İqtisadçı əlavə edib ki, qiymətli metallar çox volatildir və iqtisadi, siyasi dəyişikliklər onların qiymətinə ciddi təsir edə bilər.
"Buna görə də investorlar və sahibkarlar qiymətlərin dəyişkənliyini nəzərə alaraq addımlarını planlaşdırmalıdırlar", - deyə Akif Nəsirli fikrini tamamlayıb.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Qızıl,Gümüş,Birja,Artım,Dollar,Todaypress.tv,
