“Hər yarışda onluqdayam!” - Liam Lousondan iddialı açıqlama!
“Racing Bulls” komandasının pilotu Liam Louson Sinqapur Qran-prisində əldə etdiyi yeddinci yeri şərh edib.
“Nəticədən çox məmnunam və komandamla qürur duyuram. Son bir həftə olduqca gərgin keçdi, lakin komanda ötən üç yarışın hamısında xal qazandı. Şəxsən mən də bu üç yarışın hamısında xal qazanmalı idim, amma hər halda son bir neçə həftəsonu plana uyğun keçdi. Bu həftəsonu həm sprintdə, həm də əsas yarışda xal qazandığıma görə çox şadam. Hazırda diqqətimi bu seriyanı davam etdirməyə və mövsümün sonuna qədər hər yarışda ilk onluqda qərarlaşmağa yönəltmişəm”.
Namiq HUN