Zədələr kabusa çevrildi - Riversdən etiraf

İdman

09.04.2026 17:01

Dok Rivers rəhbərlik etdiyi “Miluoki Baks” klubunun uğursuz mövsüm keçirməsinin səbəbini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Rivers komandanın 2025/2026 mövsümündə nə pley-off, nə də pley-in mərhələsinə yüksələ bilməməsinin əsasən lider oyunçu Yannis Adetokunbonun zədələri ilə bağlı olduğunu bildirib:

“Yannislə bağlı vəziyyət səbəbindən problemlər yaşadıq. Ağır mövsüm oldu. Karyeram ərzində belə illər çox olmayıb, belə bir durumla qarşılaşacağımızı düşünmürdüm. Zədələrlə bağlı heyətdə çətinliklər yaşayacağımızı bilirdik.

Mövsümə çox sayda gənc oyunçu və aşağı maaşlı basketbolçularla başlamağı planlaşdırırdıq, amma hər şeyin alınacağını düşünürdük. Yannisin 65-70 oyunda iştirak edəcəyinə ümid edirdik. Bilirdik ki, zədələr olsa, mövsüm çətin keçəcək”.

Namiq HUN

TodayPress TV

tag: Dok Rivers,Miluoki Baks,Klub,Yannis Adetokunbo,Todaypress.tv,