“Yuventus”dan gələcəyin liderinə böyük müqavilə

“Yuventus”dan gələcəyin liderinə böyük müqavilə
07.02.2026 14:38 İdman

Turinin “Yuventus” klubu hücumçu Kənan Yıldızla yeni uzunmüddətli müqavilə üzrə şifahi razılığa gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano X sosial şəbəkəsində məlumat yayıb. 

Bildirilir ki, yeni müqavilənin müddəti dörd il olacaq. Razılaşmaya əsasən, Kənan Yıldız komandada ən yüksək maaş alan futbolçulardan birinə çevriləcək.

Qeyd edək ki, 20 yaşlı vinger 2022-ci ilin yayında “Bavariya”nın akademiyasından azad agent kimi “Yuventus”un gənclər komandasına transfer olunub. Yıldız cari mövsümdə bütün turnirlərdə 31 matçda iştirak edib, 9 qol vurub və 8 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər