Yeni mühərrik, böyük sürpriz: Hadjar testlərdən danışdı
İdman
27.01.2026 13:58
“Red Bull”un yeni pilotu İsak Hadjar Barselonada keçirilən mövsümöncəsi testlərin ilk gününü dəyərləndirib.
TodayPress TV Autosport nəşrinə istinadən xəbər verir ki, fransalı sürücü günün kifayət qədər məhsuldar keçdiyini bildirib və komandanın yeni mühərriki ilə bu qədər çox dövrə vurmağın onu təəccübləndirdiyini qeyd edib.
Ümumilikdə Hadjar 107 dövrə qət edərək 1:18.159 nəticə ilə günün ən sürətli pilotu olub. Dördqat dünya çempionu Maks Ferstappen isə sükan arxasına keçməyib.
“Gün olduqca məhsuldar keçdi. Düzünü desəm, gözlədiyimizdən daha çox dövrə vura bildik. Hər şey kifayət qədər problemsiz getdi. Yalnız xırda texniki çətinliklər oldu. Nəzərə alsaq ki, bu, öz mühərrikimizlə ilk gün idi, nəticə doğrudan da təsiredicidir”, - deyə Hadjar təəssüratlarını bölüşüb.
Namiq HUN
tag: Red Bull,İsak Hadjar,Formula 1,Yarış,Todaypress.tv,
