Yeni era başlayır: Hemilton Ferrari ilə ilk sınaqlardan danışdı

İdman

28.01.2026 12:20

“Formula-1”in yeddiqat dünya çempionu, britaniyalı pilot Lyuis Hemilton Barselonada “Ferrari” bolidi ilə keçirdiyi mövsümöncəsi testlərin ilk gününü dəyərləndirib.

TodayPress TV “Sky Sports”a istinadən xəbər verir ki, Hemilton hava şəraitinin çətinliyinə baxmayaraq, komandanın vacib məlumatlar topladığını bildirib:

“İlk gün gərgin keçdi, amma məhsuldar oldu. Xüsusilə hava şəraiti işimizi çətinləşdirirdi. Buna baxmayaraq, bolidlə kifayət qədər məsafə qət etdik və çoxlu faydalı məlumat topladıq. Qaydaların köklü şəkildə dəyişdiyi bir dövrdə bu çox vacibdir. Heç bir ciddi problem yaşanmadı və bu da növbəti günlərdə öyrənməyə və inkişaf etməyə davam etmək üçün bizə möhkəm əsas verir”, - deyə Hemilton test təəssüratlarını bölüşüb.

Qeyd edək ki, 26–30 yanvar tarixlərində Barselona avtodromunda “Formula-1” üzrə mövsümöncəsi testlər keçirilir. 11 komandadan 10-u testlər üçün İspaniyaya yollanıb.

Namiq HUN

TodayPress TV

tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.tv,