Yeni enerji, böyük hədəf: Hemilton “Ferrari”nin planını açıqladı
İdman
06.02.2026 11:34
“Ferrari” komandasının 41 yaşlı britaniyalı pilotu, yeddiqat Formula-1 çempionu Lyuis Hemilton, Barselonada keçirilən mövsümöncəsi testlərdən sonra komandadakı atmosfer barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Formual-1”in mətbuat xidməti məlumat yayıb.
Hemilton bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün görüləcək işlər hələ çoxdur, lakin komandada qalibiyyət mentaliteti hiss olunur:
“Vəziyyəti yaxşılaşdırmaq üçün üzərində işləməli olduğumuz çox məqam var. Lakin düşünürəm ki, çox yaxşı brifinqlər keçirdik, hamı ciddi şəkildə köklənib. Komandada əvvəlkindən daha güclü qalibiyyət ruhu hiss edirəm və bu, pozitivdir.
Hamı pozitiv və inanılmaz dərəcədə motivasiyalıdır. Bizim illüziyalarımız yoxdur. Qarşıda bizi böyük iş gözlədiyini bilirik. “Mercedes” yaxşı temp göstərdi. Hesab edirəm ki, “Red Bull” və “Haas” da ciddi sessiyalar keçirib. Buna görə də hazırda dəqiq yerimizi bilmək çətindir, lakin bu, inamlı başlanğıcdır və buradan irəliyə doğru yol qura bilərik.
Bəlkə də ciddi inkişaf sıçrayışlarına ehtiyac olacaq və inkişaf prosesi əsas faktor olacaq. Əsas məsələ heç nəyi gözdən qaçırmamaq, problemləri həllsiz qoymamaq və kommunikasiya ilə qərarların qəbulunda maksimum dəqiq olmaqdır. Hər kəsdən maksimum səylər tələb olunacaq. Bu il hər kəsin yeni enerji ilə gəldiyini görürəm və bu, çox gözəldir”.
Namiq HUN
tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.tv,
