Yeni dövr, yeni çağırışlar: Lekler 2026 reqlamenti haqqında
İdman
23.01.2026 17:46
“Ferrari” komandasının pilotu Şarl Lekler yeni SF-26 bolidinin təqdimatı və “Formula-1”də yeni texniki reqlamentlə işə başlanması barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Ferrari”nin mətbuat xidmətinə açıqlamasında bildirib.
“2026-cı ilin qaydaları, xüsusilə pilotlardan daha yüksək hazırlıq səviyyəsi tələb edir. Çoxlu yeni sistemləri anlamaq və optimallaşdırmaq lazımdır. Məhz buna görə biz layihənin inkişafına erkən mərhələlərdən etibarən cəlb olunmuşuq. “Ferrari”də olduğum müddətdə artıq qaydalarda ciddi dəyişikliklərə uyğunlaşma təcrübəmiz olub və bu cür çağırışların nə qədər mürəkkəb ola biləcəyini bilirik. Buna baxmayaraq, trasa maksimum hazır çıxmaq üçün böyük motivasiya ilə çalışırıq.
Enerji idarəetməsi və güc qurğusu ilə iş ən çətin aspektlərdən biri olacaq. Bu, pilotlardan sürətli adaptasiya tələb edən maraqlı bir çağırışdır. İlk mərhələdə daha çox instinktlərə güvənmək lazım gələcək, daha sonra isə getdikcə daha dəqiq məlumatlara”, - deyə Lekler fikirlərini bölüşüb.
Namiq HUN
tag: Şarl Lekler,Formula 1,Pilot,Qran-Pri,TodayPress.tv,
