Oleşkidə atəşkəs razılaşmasına Ağ Evdən reaksiya: "Sülhə doğru..."
Ağ Evin kommunikasiya direktoru Stiven Çun Xerson vilayətinin Oleşki şəhərində atəşkəslə bağlı əldə olunan razılaşmaları Ukrayna münaqişəsinin nizamlanması istiqamətində mühüm addım adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X"da yazıb.
“Bu, sülhə doğru mühüm, müsbət addımdır”, - deyə Çun bildirib və əlavə edib ki, bu, möhtəşəm xəbərdir.
Ağ Evin oktyabrın 23-də verdiyi məlumata görə, Rusiya və Ukrayna Oleşkidə atəşkəs barədə razılığa gəliblər. Bildirilir ki, yerli atəşkəs oktyabrın 29-da qüvvəyə minəcək. Tərəflər humanitar yardımın çatdırılmasını təmin etmək və xüsusi təhlükəsiz dəhliz vasitəsilə mülki əhalinin təxliyəsinə hazırlaşmaq üçün Oleşkidə bütün hərbi əməliyyatları dayandırmağa razılaşıblar.
Aysel Mətləb