Yeni dövr başlayır: Hemilton “Ferrari”dən maksimumu istəyir

İdman

29.01.2026 12:50

Yeddiqat dünya çempionu Lyuis Hemilton yağışlı havada keçirilən testdən sonra “Ferrari”nin yeni SF-26 bolidini mümkün qədər tez quru şəraitdə sınaqdan keçirmək istədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə RacingNews365 nəşri məlumat yayıb. 

“Ümid edirəm ki, maşını quru şəraitdə yoxlaya biləcəyəm ki, balansını daha yaxşı anlayım, yeni Straight-Line Mode rejimini, yəni düzlükdə aktivləşən sistemi necə istifadə etmək lazım olduğunu və onun necə hiss etdirdiyini başa düşüm.

Hələ quru havada idarə etməmişəm, ona görə də bolid barədə tam təsəvvürüm yoxdur. Biz yalnız yaş trasda test etdik və bu da əsasən ön hissə barədə anlayış verdi. Bundan başqa, gücün paylanmasını düzgün başa düşmək çox vacibdir. Dövrə ərzində batareyadan səmərəli istifadə, onun yenidən doldurulması - bütün bunlar həlledici rol oynayacaq.

Biz çox böyük iş görmüşük. Hamı simulyatorda ciddi şəkildə çalışıb, buna görə də bu bizim üçün tamamilə yeni deyil. Amma yenə də sessiyalar keçirməli, məlumatları təhlil etməli və hər şeyi maksimum optimallaşdırmalıyıq”, - deyə Hemilton məqsədlərini açıqlayıb. 

Namiq HUN

TodayPress TV

tag: Lyuis Hemilton,Ferrari,Formula 1,Çempion,Todaypress.tv,