Yaş sadəcə rəqəmdir: Cokoviçdən növbəti inamlı qələbə

İdman

22.01.2026 12:25

Avstraliyanın Melburn şəhərində keçirilən “Böyük Dəbilqə” turniri - “Australian Open-2026” çərçivəsində kişi tennisçilərin fərdi yarışında ikinci turun oyunları başa çatıb.

TodayPress TV xəbər verir ki, 38 yaşlı Cokoviç üçüncü tura yüksəlib. 

Dünya reytinqinin dördüncüsü olan serbiyalı Novak Cokoviç turnirdə 141-ci pillədə qərarlaşan italiyalı Françesko Maestrelli ilə qarşılaşıb. 

Görüş Cokoviçin inamlı qələbəsi ilə başa çatıb - 6:3, 6:2, 6:2.

Matç 2 saat 16 dəqiqə davam edib. Cokoviç görüş ərzində 5 eys, 4 ikiqat səhv edib və 16 breyk-poyntdan 6-nı reallaşdırıb.

Maestrelli isə 10 eys, 4 ikiqat səhvlə yadda qalıb və 4 breyk-poyntdan 1-ni istifadə edib.

“Australian Open-2026”nın üçüncü turunda Novak Cokoviç Botic van de Zandshulp (Niderland, dünya reytinqində 75-ci) - Çzünçen Şan (Çin, 318-ci) cütünün qalibi ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

tag: Novak Cokoviç,Françesko Maestrelli,Australian Open-2026,Oyun,Todaypress.tv,