Yaponiya qanunları podium sevincini dəyişdirdi
İdman
30.03.2026 11:46
“Formula-1” üzrə Yaponiya Qran-prisinin qalibi, “Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli podiumda ənənəvi şampan mərasimində iştirak edə bilməyib.
TodayPress TV xəbər verir ki, buna səbəb Kiminin yaşı olub.
19 yaşlı italiyalı pilot Yaponiya qanunlarına görə spirtli içki qəbul etmək üçün tələb olunan 20 yaş həddinə çatmayıb.
Nəticədə Antonelli podiumda Şarl Lekler (“Ferrari”) və Oskar Piastri (“McLaren”) ilə birlikdə şampan səpmək və içmək əvəzinə, içərisində spirtsiz qazlı içki (ehtimal ki, çəhrayı su) olan xüsusi butulkadan istifadə edib.
Qeyd edək ki, yarış Suzuka trasında baş tutub və Antonelli möhtəşəm performansla birinci yeri tutub.
Xatırladaq ki, Yaponiyada yetkinlik yaşı 2022-ci ildə 18-ə endirilsə də, spirtli içki qəbulu üçün minimum yaş həddi hələ də 20 olaraq qalır.
Namiq HUN
tag: Andrea Kimi Antonelli ,Mercedes,Formula 1,Yaponiya,Todaypress.tv,
