Yannik Sinner həmyerlilərinə qarşı məğlubedilməzdir

İdman

26.01.2026 14:23

Dünyanın ikinci raketkası, italiyalı Yannik Sinner həmyerlilərinə qarşı keçirdiyi bütün 18 matçı qazanaraq tennis tarixində buna nail olan ikinci oyunçu olub. 

TodayPress TV xəbər verir ki, o, argentinalı Gilyermo Vilasın rekordunu təkrarlayıb.

Sinner Melburnda keçirilən “Australian Open-2026” turnirinin 1/8 final mərhələsində ATP reytinqində 25-ci yerdə qərarlaşan italiyalı Luçano Darderiyə 6:1, 6:3, 7:6 (7:2) hesabı ilə qalib gələrək bu uğura imza atıb. 

Yannik Sinner “Australian Open”in 1/4 finalında Ben Şelton (ABŞ) - Kasper Ruud (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Qeyd edək ki, turnirin son qalibi elə Sinnerdir. O, ötən il finalda alman tennisçi Aleksandr Zverevi 6:3, 7:6 (7:4), 6:3 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

tag: Raketka,Yannik Sinner,Tennis,Rekord,Todaypress.tv,