Yankoviçə böyük şərəf: Çetinye şəhərindən fəxri mükafat
İdman
27.01.2026 17:18
“Qarabağ” klubunun dayaq yarımmüdafiəçisi Marko Yankoviç Monteneqronun Çetinye şəhərinin “Plaketa Prijestonice Cetinje” fəxri mükafatına layiq görülüb.
TodayPress TV xəbər verir ki, bu barədə futbolçu özü Instagram səhifəsində paylaşım edib.
Qeyd olunur ki, “Plaketa Prijestonice Cetinje” fəxri mükafatı Çetinye şəhərinin inkişafına və tanıdılmasına müstəsna töhfələr vermiş şəxslərə təqdim olunur.
Marko Yankoviç bildirib ki, bu mükafat onun ölkə hüdudlarından kənarda keçdiyi yolun, göstərdiyi zəhmətin və əzmkarlığın dəyərləndirilməsidir. Futbolçu mükafatı məşqçiləri Nikola Nino Milanoviç və Marko Markoviçə, eləcə də ailəsinə həsr etdiyini vurğulayıb.
“Böyük yollar çox vaxt palçıqlı meydanlardan başlayır. Həmin başlanğıclar olmasaydı, bugünkü nəticələr də olmazdı”, — deyə Yankoviç qeyd edib və Çetinye şəhərinin meri Nikola Djuraşkoviçə təşəkkürünü bildirib.
Namiq HUN
tag: Marko Yankoviç,Plaketa Prijestonice Cetinje,Mükafat,Qarabağ,Todaypress.tv,
