Yamal ətrafında qalmaqal – Sissokodan sərt açıqlama
İdman
02.04.2026 14:25
Keçmiş futbolçu Məhəmməd Sissoko İspaniya millisinin azarkeşlərinin qalmaqallı davranışına münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
İspaniya milli futbol komandasının Misir milli komandası ilə keçirilən yoldaşlıq oyununda (0:0) tribunadan səslənən “Kim tullanmırsa, müsəlmandır” şüarları narazılıq yaradıb.
Bu hadisə komandanın yarımmüdafiəçisi Lamin Yamal tərəfindən də tənqid olunub.
Sissoko baş verənləri kəskin şəkildə pisləyərək bildirib ki, bu cür hallar İspaniyanın imicinə zərbə vurur və qəbuledilməzdir. Onun sözlərinə görə, Yamal belə münasibətə layiq deyil:
“Bu, çox pis haldır və İspaniya haqqında təsəvvürə uyğun deyil. Lamin belə şeylər yaşamalı deyildi. O, İspaniyanı seçdi, halbuki başqa variantları da var idi. Əgər mən onun yerində olsaydım, yenidən bu komanda üçün oynamağa qərar verməzdən əvvəl iki dəfə düşünərdim”.
Namiq HUN
tag: Məhəmməd Sissoko,İspaniya ,Misir ,Lamin Yamal,Todaypress.tv,
