Xokkey kralı Oveçkin daha bir zirvəni fəth etdi

İdman

02.04.2026 10:19

Aleksandr Oveçkin çıxış etdiyi “Vaşinqton Kepitals” klubunun heyətində növbəti uğuruna imza atıb.

TodayPress TV xəbər verir ki, ulduz hücumçu ABŞ Milli Xokkey Liqasının  (NHL) müntəzəm çempionatında “Filadelfiya Flayers” ilə keçirilən oyunda (6:4) dubl edərək XXI əsrdə 40 yaşdan yuxarı xokkeyçilər arasında qol rekordunu təkrarlayıb.

Onun bu yaş kateqoriyasında vurduğu qolların sayı 31-ə çatıb. Bu göstərici son 26 ilin rekordu hesab olunur və daha əvvəl Teemu Selyanne tərəfindən 2010/2011 mövsümündə qeydə alınmışdı.

Qeyd edək ki, Oveçkin NHL-dəki karyerası ərzində müntəzəm çempionatda 1566 oyunda 928 qol və 754 məhsuldar ötürmə ilə yadda qalıb. O, pley-off mərhələsində isə 161 oyunda 77 qol və 70 assistə imza atıb.

Namiq HUN

TodayPress TV

tag: Aleksandr Oveçkin,Vaşinqton Kepitals,Klub,Uğur,Todaypress.tv,