Veyk-an-Zedə Azərbaycan imzası: Aydın Süleymanlı Masters hədəfində
İdman
28.01.2026 10:56
Azərbaycanlı qrossmeyster Niderlandda keçirilən turnirdə qələbələrini davam etdirir.
Aydın Süleymanlı Veyk-an-Zee şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” turnirində növbəti dəfə şahının toxunulmazlığımı təmin edib.
TodayPress TV xəbər verir ki, IX turda Süleymanlı argentinalı Faustinо Oro üzərində qələbə qazanıb.
Veyk-an-Ze turnirində artıq beşinci qələbəsini rəsmiləşdirən Aydın 7 xalla ikinci yerə yüksəlib. O, turnir cədvəlinin lideri olan amerikalı Endi Vudvortdan yarım xal geri qalır.
Xatırladaq ki, “Challengers” turnirinin qalibi növbəti il Veyk-an-Zedə keçiriləcək şahmat festivalının əsas yarışı olan Masters turnirində iştirak hüququ qazanacaq.
Namiq HUN
tag: Aydın Süleymanlı,Tata Steel Challengers,Turnir,Çıxış,Todaypress.tv,
