Useyn Bolt: Lyuis Hemilton “Ferrari” ilə zirvəyə qayıdacaq

İdman

06.02.2026 17:03

İdmanın atletika növü üzrə 8 qat Olimpiya və 11 qat dünya çempionu yamaykalı Useyn Bolt “Ferrari” komandasında çıxış edən “Formula-1” çempionatlarının 7 qat qalibi olmuş 41 yaşlı Lyuis Hemilton haqqında fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə RacingNews365 nəşri məlumat yayıb. 

Boltun sözlərinə görə, zirvəyə qayıtmaq asan deyil, lakin təcrübəli idmançı nə etməli olduğunu yaxşı bilir:

“Zirvəyə çatmaq heç vaxt ideal olmur. Amma ora necə qayıtmaq lazım olduğunu artıq bilirsən. Lyuis üçün də asan olmayacaq. O, komandaya uyğunlaşmaq və “Ferrari”yə alışmaq üçün ən azı iki ilə ehtiyac duyacaq. Qarşıdakı illəri səbirsizliklə gözləyirəm. O, yenidən öz sözünü deyəcək”.

Bolt həmçinin Hemiltonu hələ də ən böyük pilot hesab etdiyini bildirib və onun yenidən zirvəyə yüksələcəyinə inandığını vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Atletika,Useyn Bolt ,“Ferrari” komandası,“Formula-1”,Todaypress.tv,