Ulduzları idarə etməkdə ustad: Klopp “Real”ın hədəfində.

İdman

17.01.2026 14:58

Madrid “Real”ının prezidenti Florentino Peres Yurgen Kloppu komandanın baş məşqçisi postuna ən prioritet namizəd hesab edir. 

TodayPress TV TEAMtalk-a istinadən xəbər verir ki, səbəb alman mütəxəssisin ulduz futbolçularla işləmə bacarığıdir.

Mənbəyə görə, Peres sabiq baş məşqçi Xabi Alonsonun komanda oyunçuları ilə ünsiyyət qurmaq bacarığına heç vaxt tam əmin olmayıb. “Kral klubu”nun prezidenti və digər rəhbər şəxslər Alonsonun komandada problemlərinin olduğunu onun gəlişindən bir neçə həftə sonra anlayıblar.

Qeyd edək ki, Klopp hazırda “Red Bull” şirkətində idarəedici vəzifədən məmnundur, lakin o, həmişə İspaniyanın iki böyük klubundan birini - “Real”ı və ya “Barselona”nı çalışdırmaq arzusunda olub.

Namiq HUN

TodayPress TV

tag: Florentino Peres,Yurgen Klopp,Real Madrid,Klub,Todaypress.tv,