Ulduz sürücü çətinlikdə: Şumaxer reallığı açıqladı
İdman
18.03.2026 15:04
Ralf Şumaxer hazırda Maks Ferstappenin mövsümün əvvəlində yaşadığı çətinliklər barədə danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Backstage Boxengasse” nəşri məlumat yayıb.
Şumaxer Maksı səhvlərdən qoruyan biri olmasının vacib olduğunu bildirib:
“Buna 50 yaşlı insan kimi baxıram. Keçmişdə yəqin ki, mən də eyni səhvləri edərdim. Ona görə də vacibdir ki, yanında səni səhvlərdən qoruyan biri olsun. Məncə, onda bu çatışmır.
Uğurlarına görə o, müəyyən mənada istədiyini etməyə öyrəşib, daim diqqət və tanınma qazanıb. Amma vəziyyət dəyişib – indi o, daha çox pelotonun ortalarında gedir, bəzən isə ümumiyyətlə yarışı başa vura bilmir. Bunu qəbul etmək lazımdır. Bu isə müəyyən məqamda dözülməsi çətin olan vəziyyətə çevrilir”.
Namiq HUN
tag: Maks Ferstappen,Ralf Şumaxer,F1,Çətinlik,Todaypress.tv,
