Ulduz oyunçu üsyan etdi: “Məni oynatmağa qoymurlar”
İdman
04.04.2026 09:54
ABŞ Milli Basketbol Assosiasiyası (NBA) “Miluoki” klubunda basketbolçu Yannis Adetokunbo ilə bağlı sağlamlıq vəziyyəti ətrafında yaranmış vəziyyəti araşdırmağa başlayıb.
TodayPress TV xəbər verir ki, Liqa klub nümayəndələrini, komandanın həkimlərini və oyunçunun özünü dindirib.
Basketbolçu ilə klubun mövqeləri üst-üstə düşmür. “Miluoki” NBA-ya bildirib ki, basketbolçu oynamaq istəyir, lakin klub onun meydana çıxmağa hazır olmadığını düşünür. Adetokunbо isə cavab olaraq qeyd edib ki, məhz klub ona tibbi icazə vermir, halbuki özü oynamağa hazırdır.
“Bilirsiniz, kiminlə işlədiyinizi. Mənə oynamamağı və ya mübarizə aparmamağı deyəndə, bu, mənim üçün sanki təhqirdir. Bundan sonra münasibətlərimizin necə davam edəcəyini anlamaq çətindir. Mən heç vaxt belə hal görməmişəm ki, mənim səviyyəmdə oyunçu açıq şəkildə “oynamaq istəyirəm” desin və ona imtina edilsin. Əgər araşdırma lazımdırsa, qoy olsun. Düşünürəm ki, bu, həqiqətən də vacibdir”, — deyə Adetokunbо bildirib.
Qeyd edək ki, son bir ildə klubla onun lideri arasında münasibətlər gərgin olub. Buna fevral transfer pəncərəsində həll olunmamış məsələlər və ötən ilin avqustunda baş tutmayan mübadilə cəhdləri səbəb olub. İndi isə Yannisin oyuna buraxılması ilə bağlı fikir ayrılıqları liqa səviyyəsinə çatıb və NBA vəziyyətə müdaxilə etmək məcburiyyətində qalıb.
Namiq HUN
tag: Yannis Adetokunbo,NBA,Miluoki,Basketbol,Todaypress.tv,
