Ulduz hücumçu dilemma qarşısında: qalmaq üçün maaşını azaltmalıdır
İdman
06.02.2026 10:50
“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik və rəhbərlik Robert Levandovskinin gələcəyi ilə bağlı qərar qəbul edib.
TodayPress TV ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 37 yaşlı polşalı hücumçunu ən azı 2027-ci ilin yayına qədər komandada saxlamaq üçün yeni müqavilə variantlarını nəzərdən keçirir.
Məlumata görə, klubun idman direktoru Deko və baş məşqçi Hans-Diter Flik yaxın günlərdə Levandovski ilə görüşərək gələcək planları müzakirə edəcəklər.
“Barselona” rəhbərliyinin əsas şərti futbolçunun maaşının azaldılması və komandada daha çox rotasiya oyunçusu rolunu qəbul etməsidir.
Qeyd edək ki, Robert Levandovski cari mövsüm “Barselona”nın heyətində keçirdiyi 27 rəsmi oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu hələ də komandanın əsas hücum silahlarından biri hesab olunur. Futbolçunun aprel ayına qədər gələcəyi ilə bağlı yekun qərar verməsi gözlənilir.
Namiq HUN
tag: Robert Levandovski, Barselona,Karyera, Qərar, todaypress.tv,
