Uğursuzluqlar seriyası bitdi: Qana məşqçi ilə vidalaşdı
İdman
31.03.2026 10:55
Qana Futbol Assosiasiyası (GFA) milli komandanın baş məşqçisi Otto Addonun vəzifəsindən azad edildiyini açıqlayıb.
TodayPress TV qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərar dərhal qüvvəyə minib.
Bu addım komandanın uğursuz nəticələri fonunda atılıb. Qana yığması son yoxlama oyununda Almaniya millisinə 1:2 hesabı ilə məğlub olub.
Qana yığması ümumilikdə son dörd yoldaşlıq matçında məğlubiyyətlə üzləşib. Komanda daha əvvəl Avstriya millisinə də 1:5 hesabı ilə uduzub.
Otto Addo milliyə ikinci dəfə 2024-cü ilin martında rəhbərlik etməyə başlamışdı. Daha əvvəl o, 2022 FIFA Dünya Çempionatı zamanı komandaya rəhbərlik edib. Həmin turnirdə Qana Cənubi Koreya millisi üzərində qələbə qazansa da, qrup mərhələsindən irəli gedə bilməmişdi.
Qeyd edək ki, Qana millisi 2026 FIFA Dünya Çempionatının final mərhələsində H qrupunda Xorvatiya, İngiltərə və Panama milliləri ilə mübarizə aparacaq.
Namiq HUN
tag: Qana ,GFA,Otto Addo, baş məşqçi,Todaypress.tv,
