UFC-də balans dəyişdi: Fiziyev TOP-10-dan çıxdı

UFC-də balans dəyişdi: Fiziyev TOP-10-dan çıxdı
05.02.2026 13:19 İdman

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsi üzrə reytinqində ilk onluğu tərk edib.

TodayPress TV xəbər verir ki, Avstraliyanın Sidney şəhərində keçirilən “UFC 325” turnirindən sonra təşkilatın yenilənmiş reytinq siyahısı açıqlanıb. 

Sözügedən turnirdə Rafael Fiziyev braziliyalı Morisio Ruffi ilə qarşılaşıb və ikinci raundda texniki nokautla məğlub olub.

Bu nəticədən sonra Fiziyev reytinqdə iki pillə geriləyərək 11-ci yerə enib. Onun ilk onluqdakı mövqeyini məhz Ruffi ələ keçirib və braziliyalı döyüşçü doqquzuncu pilləyə yüksəlib.

Qeyd edək ki, UFC-nin yüngül çəki dərəcəsində çempion kəmərinə İliya Topuriya sahibdir. Namizədlər siyahısına isə müvəqqəti çempion Castin Geyci başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər