UFC çempionu çətin gündə Dağıstana sahib çıxdı
İdman
08.04.2026 10:07
MMA üzrə UFC çempionu, orta çəkidə kəmər sahibi Hamzat Çimayev Dağıstanda daşqınlardan zərər çəkmiş bölgələrə genişmiqyaslı humanitar yardım göndərib.
TodayPress TV xəbər verir ki, 31 yaşlı döyüşçü yeddi yük maşınından ibarət karvanla ümumilikdə 100 tondan artıq ərzaq məhsulunun çatdırılmasını təşkil edib.
Yardım paketinə aşağıdakılar daxildir:
60 ton un
41 ton içməli su
36 ton makaron məhsulları
20 tondan çox şəkər, yarma, duz və kərə yağı
1,5 tondan artıq bitki yağı
10 tondan çox şirə
süd məhsulları
Qeyd edək ki, Hamzat Çimayev 1 may 1994-cü ildə Çeçenistanda anadan olub. O, uşaqlıqdan güləşlə məşğul olub, daha sonra cüdo və sambo üzrə yarışlarda iştirak edib. 16 yaşında İsveçə köçüb.
Namiq HUN
tag: UFC,Hamzat Çimayev,Dağıstan,Humanitar yardım,Todaypress.tv,
