Üçlük ustası dayanmaq bilmir: Tompson yeni zirvədə
İdman
16.01.2026 09:38
Kley Tompson ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) tarixində dəqiq üçxallı atışlarda dördüncü yerə yüksəlib.
TodayPress TV xəbər verir ki, bu NBA-nin 2025/2026 mövsümünün müntəzəm çempionatı çərçivəsində “Dallas Mavericks” və “Yuta Cazz” (144:122) komandaları arasında keçirilən oyunda qeydə alınıb.
“Dallas Mavericks”in hücumçu müdafiəçisi Kley Tompson oyun zamanı “Portland Trail Blazers”in basketbolçusu Demyen Lillardı (2804 üçxallı atış) geridə qoyaraq, NBA tarixində dəqiq üçxallı atışların sayına görə dördüncü yerə yüksəlib.
Qeyd edək ki, bu göstəricidə ilk üçlüyü “Golden State Warriors”un oyunçusu Stiven Karri (4201), “Los Angeles Clippers”in üzvü Ceyms Harden (3293) və Basketbol Şöhrət Zalının üzvü Rey Allen (2973) təşkil edir.
Namiq HUN
tag: Kley Tompson,ABŞ Milli Basketbol Assosiasiyası,NBA,Çempionat,Todaypress.tv,
