Tuxeldən sərt mesaj: Bellinqem start yerini itirə bilər
İdman
07.02.2026 14:01
Madrid “Real”ının yarımmüdafiəçisi Cud Bellinqemə İngiltərə millisində artıq toxunulmaz statusa malik olmadığı bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” məlumat yayıb.
Bildirilir ki, futbolçuya start heyətində yerinin artıq zəmanətli olmadığı çatdırılıb.
Əgər Bellinqemin çıxışı yaxşılaşmasa, baş məşqçi Tomas Tuxelin 2026-cı il dünya çempionatında “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rodcersə üstünlük verə biləcəyi gözlənilir.
Qeyd edək ki, Bellinqem İngiltərə millisində indiyədək 46 oyuna çıxıb, 6 qol vurub və 10 məhsuldar ötürmə edib. Cari mövsümdə isə o, Madrid “Real”ının heyətində bütün turnirlərdə 28 matçda iştirak edib, 6 qol vurub və 4 assistlə yadda qalıb.
2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.
Namiq HUN
tag: Cud Bellinqem,Tomas Tuxel,Morqan Rodcers,Futbol,Todaypress.tv,
