Transfer söz-söhbətləri fonunda Yanis Miluokini seçdi
İdman
04.02.2026 13:19
“Miluoki Baks”ın ulduz hücumçusu Yanis Adetokunbo mümkün transferlə bağlı yayılan şayiələr fonunda kluba və şəhərə olan bağlılığından danışıb.
TodayPress TV xəbər verir ki, basketbolçu Miluokinin onun üçün sadəcə oynadığı şəhər deyil, artıq doğma evə çevrildiyini Yahoo Sports-a açıqlamasında vurğulayıb.
Məhz bu şəhərdə o, NBA çempionu və MVP olub, ailə qurub, övladları dünyaya gəlib və atası burada dəfn olunub.
“Viskonsin ştatının Miluoki şəhərində öz ölkəmdə keçirdiyim vaxtdan daha çox yaşamışam. Burada NBA oyunçusu olmağı, çempion və MVP olmağı, ata olmağı öyrəndim. Burada evləndim, uşaqlarım burada doğuldu, atam da burada – Miluokidə dəfn olunub. Bəziləri iddia edir ki, guya mən bu şəhəri sevmirəm. Amma uşaqlarımın pasportlarına baxanda onların Miluokidə doğulduğunu, atamın isə burada dəfn edildiyini görəndə bunun doğru olmadığını anlayıram. Mən bu icmanı sevirəm. Məni tanıyan insanlar Miluokini nə qədər sevdiyimi yaxşı bilirlər”, – deyə Adetokunbo bildirib.
Namiq HUN
tag: Yanis Adetokunbo,Miluoki Baks,Klub,Transfer,Todaypress.tv,
