Transfer marağına baxmayaraq: “Barselona” Ferran Torresi itirmək istəmir
İdman
07.02.2026 12:24
Yarımmüdafiəçi Fermin Lopeslə müqavilə uzadıldıqdan sonra “Barselona” klubunun idman direktoru Deko üçün növbəti strateji hədəf hücumçu Ferran Torreslə yeni müqavilə imzalamaq olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
25 yaşlı futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Mənbənin bildirdiyinə görə, bir neçə klub Torreslə maraqlanır. Buna baxmayaraq, həm futbolçu, həm də “Barselona” əməkdaşlığın davam etdirilməsinə optimist yanaşır ki, bu da yaxın danışıqlara müsbət təsir göstərə bilər.
Qeyd edək ki, Ferran Torres 2022-ci ilin yanvarından “blauqrana”nın formasını geyinir. Cari mövsümdə o, bütün turnirlərdə 30 oyunda iştirak edib, 16 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Barselona,Ferran Torres,Fermin Lopes,Klub,Todaypress.tv,
