Transfer hücumu başlayır: “Mançester Siti” yeni ulduzlar axtarır

İdman

07.02.2026 15:42

“Mançester Siti” klubu yay transfer pəncərəsi üçün üç əsas hədəfini müəyyənləşdirib.

TodayPress TV xəbər verir ki, The i Paper nəşrinin məlumatına görə, “şəhərlilər” heyətin mərkəz xəttini gücləndirmək məqsədilə “Nottingem Forest”in yarımmüdafiəçisi Elliott Andersonu transfer etmək istəyir. 

Klub rəhbərliyi hesab edir ki, gənc futbolçu uğrunda mübarizədə əsas rəqib olan “Mançester Yunayted”i qabaqlamaq mümkündür.

Bundan əlavə, Pep Qvardiolanın komandası sağ cinah müdafiəçisi mövqeyini də gücləndirməyi planlaşdırır. Bu məqsədlə “Brentford”un 21 yaşlı futbolçusu Mikael Kayode və “Feyenoord”un 19 yaşlı oyunçusu Jivayro Rid namizədlər siyahısına daxil edilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında XXIV turdan sonra “Mançester Siti” 47 xalla ikinci pillədə qərarlaşıb və lider “Arsenal”dan 6 xal geri qalır.

Namiq HUN

TodayPress TV

tag: Mançester Siti,Elliott Anderson,Pep Qvardiola,Mikael Kayode,Jivayro Rid,Todaypress.tv,