Tennisdə korrupsiya qalmaqalı genişlənir: yeni diskvalifikasiyalar
26 yaşlı rusiyalı tennisçi Alana Tuayeva tennisdə korrupsiyaya qarşı mübarizə çərçivəsində müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.
TodayPress TV Dünya Tennis Assosiasiyasının (WTA) rəsmi saytına istinadən xəbər verir ki, Tuayevanın hazırda dünya reytinqinə düşmək üçün xalı yoxdur.
Qaydaların pozulmasına görə sanksiyalar 22 yaşlı serbiyalı tennisçi Nikol Paleçekə də tətbiq edilib.
Bundan əlavə, rəsmi şəxslər də cəzalandırılıb. Diskvalifikasiya edilənlər arasında Marko Ristiç (Serbiya), Zsolt Baqosi və Tamaş Tarnay (hər ikisi Macarıstan) yer alıb.
Xatırladaq ki, daha əvvəl serbiyalı tennisçi Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasından (PTPA) ayrıldığını elan edib. O, təşkilatın fəaliyyətində şəffaflıqla bağlı suallarının olduğunu bildirib.
Namiq HUN