Tennis ulduzu etiraf etdi: “Emosiyalar məni bürüyə bilər”

İdman

08.04.2026 14:49

Fransalı tennisçi Qael Monfis qarşıdan gələn Fransa Açıq çempionatı ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, 39 yaşlı tennisçi mətbuat konfransında “Rolan  Qarros” turnirinin onun üçün unudulmaz olacağını bildirib: 

“Bu, heç vaxt unutmayacağım bir şey olacaq. Ola bilsin ki, hisslərimi çox büruzə verməyəcəyəm, çünki diqqətimi oyuna yönəldəcəyəm. Amma emosiyalar məni bürüsə, artıq heç nə etmək mümkün olmayacaq. Adətən onları yaxşı idarə edirəm”.

Qeyd edək ki, Qael Monfis karyerası ərzində ATP turnirlərində fərdi yarışda 13 titul qazanıb. O, 2016-cı ildə dünya reytinqində 6-cı pilləyə yüksəlib. Tennisçi karyerası ərzində 2008-ci ildə Fransa Açıq çempionatının, 2016-cı ildə isə ABŞ Açıq turnirinin yarımfinalına yüksəlib.

Bundan əlavə, tennisçi iki dəfə Devis Kubokunun finalında iştirak edib (2010, 2014), 2005–2023-cü illər arasında ardıcıl 19 mövsümdə ən azı bir ATP finalına çıxıb və 2025-ci ildə 38 yaşında Oklend turnirində qalib gələrək 1990-cı ildən bəri ən yaşlı ATP çempionu olub.

Namiq HUN

TodayPress TV

tag: Tennis,Qael Monfis,Turnir,Mətbuat,Todaypress.tv,