Tennis tarixindən gözəl kadr: iki nəhəng bir arada
İdman
17.01.2026 15:56
Cokoviç “Australian Open” öncəsi Federerin sərgi matçına gəlib.
TodayPress TV xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi olan serbiyalı tennisçi Novak Cokoviç “Australian Open-2026” turnirinin startı ərəfəsində 20 qat “Böyük dəbilqə” çempionu, isveçrəli Rocer Federerin iştirakı ilə keçirilən sərgi matçına qatılıb.
Federer bu görüşdə cütlüklər yarışında amerikalı Andre Aqassi ilə birlikdə avstraliyalı duet - Leyton Hyuitt / Patrik Rafter cütlüyünə qarşı mübarizə aparıb. Oyun zamanı Federer tribunaya yaxınlaşaraq Cokoviçi salamlayıb və tennisçilər qucaqlaşıblar.
Qeyd edək ki, mövsümün ilk “Böyük dəbilqə” turniri olan “Australian Open-2026” Melburn şəhərində sərt örtüklü kortlarda 18 yanvar – 1 fevral tarixlərində keçiriləcək. Turnirin hazırkı çempionları italiyalı Yannik Sinner və amerikalı Medisson Kizdir.
Namiq HUN
tag: Novak Cokoviç,Rocer Federer,Tennis,Matç,Todaypress.tv,
