Ten Haqdan sərt etiraf: “Bu, Xabi Alonsonun da başına gəldi”

İdman

15.01.2026 14:20

“Bayer”in sabiq baş məşqçisi Erik ten Haq Leverkuzen klubundan qovulması ilə bağlı fikirlərini bölüşüb və daha əvvəl “Real”ın baş məşqçi postundan uzaqlaşdırılan Xabi Alonsonu nümunə kimi göstərib. 

TodayPress TV xəbər verir ki, ba barədə Daily Mail nəşri məlumat yayaıb. 

“Məni işdən çıxardılar, amma yanaşmamın işlədiyini göstərmək üçün heç bir şans vermədilər. Tərcümeyi-halımı nəzərdən keçirsəniz, onun hər zaman kifayət qədər yaxşı olduğunu görərsiniz. Mənim işə yanaşmam adətən uğur gətirir. Əlbəttə, bu cür vəziyyət məyusedicidir, amma futbol dünyası belədir. Xabi Alonsonun və ‘Real’ın vəziyyətinə baxın. Onunla da eyni şey baş verdi, halbuki o, top səviyyəli məşqçidir. Bu, demək olar ki, hər kəsin başına gəlir”, - deyə ten Haq bildirib. 

Erik ten Haq 2025-ci ilin sentyabrında “Bayer”dən ayrılıb. Hazırda mütəxəssis Niderlandın “Tvente” klubunda texniki direktor vəzifəsini icra edir.

Xatırladaq ki, Alonso bir vaxtlar “Bayer”i çalışdırıb, ten Haq isə “Mançester Yunayted”də işləyib. 

Namiq HUN

TodayPress TV

tag: Erik ten Haq,Futbol,Klub,Baş məşqçi,Todaypress.tv,