Tatamidə dramatik an: Hidayət Heydərov “bürünc” uğrunda görüşə çıxacaq

İdman

21.03.2026 16:00

Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) Gürcüstanda keçirilən “Böyük Dəbilqə” turnirində üçüncü yer uğrunda görüşə çıxacaq.

TodayPress TV xəbər verir ki, o, Tbilisi turnirinin təsəlliverici görüşündə Gürcüstanı təmsil edən Giorgi Teraşviliyə qalib gələrək bürünc medal uğrunda yarışda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Xatırladaq ki, cüdo millimizin aktivində “Böyük Dəbilqə” turnirinin 1 gümüş medalı var. Ötən gün Turan Bayramov (66 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.


***


14:47


Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) Gürcüstanda keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxacaq.

TodayPress TV xəbər verir ki, o, Tbilisi turnirinin 1/4 finalında Gürcüstanı təmsil edən Giorgi Loladzeyə uduzub. 

Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Xatırladaq ki, cüdo millimizin aktivində “Böyük Dəbilqə” turnirinin 1 gümüş medalı var. Ötən gün Turan Bayramov (66 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Namiq HUN

TodayPress TV

tag: Cüdo,Hidayət Heydərov,Böyük Dəbilqə,Turnir,Todaypress.tv,