“Tata Steel Challengers”: Süleymanlı İvançuka uduzdu

“Tata Steel Challengers”: Süleymanlı İvançuka uduzdu
31.01.2026 11:46 İdman

Azərbaycan qrossmeysteri Aydın Süleymanlı Niderlandda keçirilən “Tata Steel Challengers” turnirində ilk məğlubiyyətini alıb.

TodayPress TV xəbər verir ki, Süleymanlı XI turda tanınmış ukraynalı qrossmeyster Vasili İvançuka uduzub.

Hazırda Aydın Süleymanlı İvançukla birlikdə 2–3-cü yerləri bölüşür. Hər iki şahmatçının aktivində 8 xal var. Turnirin lideri isə 8,5 xalla ABŞ təmsilçisi Endi Vudvortdur.

Qeyd edək ki, “Challengers” turnirinin qalibi növbəti il Veyk-an-Zee şəhərində keçiriləcək nüfuzlu “Masters” turnirində iştirak etmək hüququ qazanacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər