“Tata Steel Challengers”: Aydın Süleymanlı ilk üçlükdə
Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində liderlər qrupunda mübarizəni davam etdirir.
TodayPress TV xəbər verir ki, azərbaycanlı qrossmeyster VIII turda ABŞ şahmatçısı Karissa Yipi məğlub edib.
Aktivində 6 xalı olan Süleymanlı ilk üçlüyü təşkil edir. O, fransalı Markandriya Mauritsi və amerikalı Endi Vudvortdan yarım xal geri qalır.
Qeyd edək ki, “Tata Steel Challengers” turnirinin qalibi gələn il Veyk-an-Zeedə təşkil olunacaq Masters turnirində mübarizə aparmaq hüququ qazanacaq.
Namiq HUN